EN

Qanada vəba epidemiyası nəticəsində 14 nəfər ölüb

Qanada vəba epidemiyasından 14 nəfər ölüb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Ölkənin Səhiyyə Xidmətlərinin qərb əyaləti üzrə regional direktoru Yav Ofori Yeboa yerli mətbuata açıqlamasında vilayətin 8 rayonunda vəba epidemiyasının tüğyan etdiyini deyib.

O, bu bölgələrdə 800-dən çox insanın vəbaya yoluxduğunu bildirib.

Epidemiya ilə mübarizə çərçivəsində pulsuz müalicəyə başlanılıb. Yeboah sakinlərə vəbaya yoluxma ilə şübhəli halların olduğu təqdirdə dərhal səhiyyə müəssisələrinə müraciət etmələrini məsləhət görüb.

"Şəxsi gigiyena çox vacibdir, əllərimizi və yediyimiz yeməkləri yumalıyıq. Əgər bunları etməsək, daha çox insan itirəcəyik”, - Yeboa vətəndaşları xəstəliyə qarşı mübarizə çərçivəsində əsas ehtiyat tədbirləri görməyə çağırıb.

Qida və su ilə ötürülən bakteriyaların yaratdığı vəba xəstəliyi ishala və beləliklə də orqanizmdə susuzluğa səbəb olur. Xəstəlik müalicə edilmədikdə ölümcül ola bilər.

Chosen
47
8
report.az

9Sources