Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş medal qazanıb.
QOL.az xəbər verir ki, 109 kq çəki dərəcəsində "körpücük" üzərinə çıxan atlet birdən qaldırmada 183 kq-ı ram edərək dördüncü olub.
Dadaş təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək tarixi uğur qazanıb. O, 221 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə dünya çempionatının gümüş medalına sahib çıxıb.
Dadaşbəyli toplam 404 kq (183+221) nəticə ilə yekun sıralamada da 2-ci yeri tutaraq fəxri kürsüdə yer alıb.
Qeyd edək ki, Dadaş ötən il Səudiyyə Ərəbistanında keçirilən dünya çempionatında bürünc medal qazanaraq 18 illik fasilədən sonra bu nəticə nail olan ağırlıqqaldıran olmuşdu.