ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ölkənin Poçt Xidmətini özəlləşdirmək niyyətindədir.
Modern.az “The Washington Post”a istinadən xəbər verir ki, qurum ciddi maliyyə itkiləri ilə üzləşib.
Sentyabrın 30-da başa çatan 2024-cü maliyyə ilində itkilər 9,5 milyard dollar təşkil edib.
Jurnalistlər qeyd ediblər ki, bu, poçt göndərişlərinin həcminin daim azalması və bağlamaların çatdırılması biznesinin ləng inkişafı ilə bağlıdır.