EN

"Bunun üçün Suriyadayıq" - İsrail

İsrail ordusunun Suriyadakı bütün hərəkətləri yalnız İsrailin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Herzi Halevi deyib.

Onun sözlərinə görə, İsrail Suriya daxilində baş verənlərə qarışmır, lakin onlar Colan təpələrindəki icmalarda yaşayan İsrail vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsində açıq şəkildə iştirak edirlər.

"Biz Colan təpələrini, Colan şimalını və Hermon dağını qorumaq üçün buradayıq. Suriya bir vaxtlar düşmən dövlət olub, ordusu dağılıb və terror ünsürlərinin bizim sərhədimizə yaxın yerləşməyə çalışacağı ilə bağlı real təhlükə var. Biz fəaliyyət göstəririk. Bizə yaxın ekstremist qrupların toplanmasının qarşısını qətiyyətlə alırıq”, - Halevi bildirib.


Müəllif: Pərvin Cəfərova
Chosen
42
2
teleqraf.com

3Sources