17 dekabr saat 16:00-da Şəhriyar adına Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına həsr olunan “Söz” adlı teatrlaşdırılmış ədəbi-bədii musiqili kompazisiyanın premyerası baş tutacaq.

Layihə rəhbəri və idea müəllifi Turan döyüş sənəti – Dünya Alpaqut Federasiyası Azərbaycan nümayəndəliyinin nın ideoloji məsələlər üzrə vitse-prezidenti, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin fəxri üzvü bəstəkar, yazar Fərahim Sadiq olan kompazisiyanın quruluşçu rejissoru 18 yaşlı gənc aktyor, yazar, bədii qiraətçi Aysu Türkeldir. Xatırladaq ki, bu onun rejissor kimi ilk işidir. Ədəbi-bədii musiqili kompazisiyanın aktyor heyətinin sırasında respublikanın əməkdar artisti və peşəkar aktyorlar: Əməkdar artist Qasım Nağı, Xalidə Əliməmmədova, Pərviz Qurbanlı, Şövqi Əmiraslanov, Aysu Türkel, Təhminə Qarayeva, Allahverdi Qurbanov, Elcan Məmmədov, Tofiq Əhmədli, Pərviz Rzayev, İlkin Rafiqoğlu, Əlibala Qasımov yer alıblar. Kompazisiya hərbi-vətənpərvərlik mövzusunda qurulub.

Aqat Təbii Daşlar
Aqat Təbii Daşlar
Aqat Təbii Daşlar

Azərbaycan Alpaqut Federasiyasının Prezidenti Fuad Quliyev bildirib ki, gənclərə hərbi vətənpərvərlik və milli-mənəvi dəyərlərin təbliğinə yardımçı olmaq, il ərzində federasiya tərəfindən müxtəlif mədəni tədbirlərin keçirilməsinə dəstəyin verilməsi qarşımızda duran ən vacib məsələlərdən biridir.

Qeyd edək ki, layihəyə təşkilati dəstəyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Həzi Aslanov adına İdealoji və Mədəniyyət Mərkəzi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Azərbaycan Maliyyə-İqtisad Kolleci və Azərbaycan Alpaqut Federasiyası göstərib.

ETX
AzeriQaz
ETX
AzeriQaz
ETX
AzeriQaz