EN

İsrail ordusu son zamanlar Qolan təpələrinin işğalını genişləndirir

 

  İsrail Bəşər Əsəd rejiminin devrildiyi Suriyanın paytaxtı Dəməşq, Homs və Dəra şəhərlərinə hava zərbələri endirib.

  İsrail ordusuna aid təyyarələr Dəməşqin şimalında Bəşər Əsəd eks-hökumətinin işgəncə mərkəzi kimi tanınan Sednaya həbsxanasının ətrafını əhatə edən Telmunin bölgəsini, ölkənin cənubundakı Deraadakı rejim qüvvələrinin silah anbarını və və Homs şəhərini hədəf alıb.

  Noyabrın 27-də Suriyada şiddətlənən qarşıdurmalardan və dekabrın 8-də 61 illik Baas rejiminin süqutu ilə eyni vaxtda İsrail ordusunun da Suriyaya hücumları artıb, əvvəlki ordudan qalan hərbi infrastruktur və obyektləri dağıtmağa başlayıb.

  Xatırladaq ki, İsrail 1967-ci ildə Suriyanın Qolan təpələrini işğal edib. Bufer və silahsızlaşdırılmış zonanın sərhədləri 1974-cü ildə İsrail ilə Suriya arasında imzalanan Qoşunların Çıxarılması Müqaviləsi ilə müəyyən olunub. İsrail ordusu isə son zamanlar Qolan təpələrinin işğalını genişləndirib. Hətta bufer zonaya daxil olan İsrail ordusu paytaxt Dəməşqin 25 kilometrliyinə yaxınlaşıb.



Chosen
12
trt.net.tr

1Sources