105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev tərəfindən 14 dekabr tarixində Tovuz rayonunun Qovlar şəhərində vətəndaş qəbulu keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən sosial, məşğulluq, kommunal xidmətlər, yolların təmiri və digər məsələlərlə bağlı oldu.
Müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirdi.
Vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə qəbullarımız davam edəcək.
Növbəti qəbulların keçirilməsi haqda məlumatları Milli Məclisin rəsmi internet saytından izləyə bilərsiniz.