Nikolya Anelka Lionel Messi və Neymar kimi oyunçuların gedişindən sonra PSJ-nin çox şey itirdiyini düşünür.
Sportinfo.az “derbyderbyderby.it”ə istinadən xəbər verir ki, fransalı keçmiş futbolçu bunun günahını argentinalı və braziliyalı oyunçuları yorulmadan ələ salan Fransa mətbuatında görür:
“Siz jurnalistlər PSJ-nin ulduzlarını tənqid etdiz. Yaxşı, indi onlar getdilər və PSJ-nin matçlarını yayımlamaq üçün televiziya hüquqları ilə heç kim maraqlanmır.
Komanda 1-ci Liqada hökmranlıqdan yorulub, Çempionlar Liqasında isə hər şey pisdir”.