ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kəşfiyyat üzrə Məsləhət Şurasının sədrliyinə Truth Social şirkətinin baş direktoru Devin Nunesin namizədliyini irəli sürüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Amerika liderinin özü “Truth Social” nəşrində yazıb.
“Truth Social-ın baş direktoru Devin Nunes-i Prezidentin Kəşfiyyat Məsləhət Şurasının sədri vəzifəsinə təyin edəcəyimi elan etməkdən məmnunam”, – bəyanatda deyilir.
Tramp deyib ki, Nunesin “Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri kimi təcrübəsi” ona yeni vəzifələrini uğurla yerinə yetirməyə kömək edəcək.