"Hizbullah Suriyadan keçən hərbi təchizat xəttini itirdi və artıq "Müqavimət oxu" vəziyyətə uyğunlaşmalıdır. Suriyada yeni hökumət İsraillə əlaqələr qurmamalıdır. Ümid edirik ki, onlar İsrailə düşmən kimi baxacaq və onunla münasibətləri normallaşdırmağa çalışmayacaqlar. İsraillə atəşkəs razılaşması o demək deyil ki, "Hizbullah" silahlarını yerə qoymağa məcburdur", - deyə Nəim Qasım bildirib.