“Liverpul”un vingeri Məhəmməd Salahın İngiltərə çempionatının 16-cı turunun “Fulhem”lə matçında (2:2) məhsuldar ötürmə edib.
Publika.az xəbər verir ki, bu, onun mersisaydlılar üçün bütün turnirlərdə 100-cü ötürməsi olub. Bu barədə “Opta Sport” məlumat yayıb. Misirli futbolçu bu mövsüm 13 məhsuldar ötürmə edib.
Bu da 2024/2025 mövsümündə Premyer Liqada ən yaxşı nəticədir.