EN

Türkiyədən ev alan azərbaycanlıların sayı azalıb

Azərbaycan vətaşlarının oktyabrda Türkiyədə daşınmaz əmlak alışı azalıb. Cəmi 78 müqavilə imzalanıb.

Teleqraf.com Türkiyə Statistika Komitəsinə istinadən xəbər verir ki, sentyabrda azərbaycanlılar qonşu ölkədə 87 mənzil alıblar. Hazırda Azərbaycan vətəndaşları Türkiyənin mənzil bazarında iştirak payına görə yeddinci yerdə qərarlaşıblar.
Oktyabrda əvvəlki ilin eyni ayı ilə müqayisədə Türkiyədən ev alan xarici vətəndaşların sayında 16,3% azalma baş verib. Hesabat dövründə xaricilər bu ölkədən cəmi 2 min 122 mənzil alıb. Əcnəbilərə mənzil satışı yanvar-oktyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,2% azalaraq 19 min 212 təşkil edib.

Oktyabrda xaricilərə mənzil satışının ümumi mənzil satışlarında payı 1,3% təşkil edib. Əcnəbilər əsasən Antalya, İstanbul və Mersindən mənzil alıblar. Ən çox ev satışı Rusiya, İran və Ukrayna vətəndaşlarına reallaşdırılıb.


Müəllif: Teleqraf.com
Chosen
35
teleqraf.com

1Sources