EN

Dneprdə terror aktı: Saxlanılan şəxs erməni çıxdı - FOTO

Ukrayna Təhlükəsizlik Xidməti Milli Polislə birgə Dnepr şəhərində törədilən terror aktı ilə bağlı əməliyyat keçirərək, şübhəli şəxsi saxlayıb.Məlum olub ki, saxlanılan şəxs erməniəsilli Dnepropetrovsk vilayətinin sakini Ruben Voskanyandır.   Manset.az xəbər verir ki, Ruben Voskanyan Dneprdə Ərazi İşə Qəbul və Sosial Dəstək Mərkəzinin yaxınlığında əldəqayırma partlayıcı qurğuları işə salmaqda şübhəli bilinir. Terror aktı ağır nəticələrə səbəb olub: partlayış zamanı bir nəfər həyatını itirib, iki polis əməkdaşı da daxil olmaqla bir neçə nəfər xəsarət alıb. Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalarını davam etdirir.

Dneprdə

Chosen
53
50
manset.az

10Sources