İtaliya millisinin sabiq hücumçusu, hazırda MLS-də "Toronto" klubunda çıxış edən Federiko Bernardeski tezliklə Avropaya qayıda bilər.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Ekrem Konur yayıb.
Mənbənin məlumatına görə, 30 yaşlı italyan futbolçu Yunanıstan nəhənglərinin - "Panatinaikos" və "Olimpiakos" klublarının maraq dairəsinə düşüb.
Forvardın transfer dəyəri 4 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, Bernardeski 2022-ci ildən Kanada klubunda çıxış edir. İtalyanın "Toronto" ilə hazırkı müqaviləsi 2026-cı ilin sonuna qədərdir.
Federiko Bernardeski bu il "Toronto"nun heyətində MLS-də 29 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.
İtaliyalı futbolçu bundan əvvəl A Seriyasında “Yuventus” və “Fiorentina”da çıxış edib.
Mirağa