Coşqun Diniyevin çıxış etdiyi "Bandırmaspor" Türkiyə 1-ci liqasında növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu qırmızı vərəqə üzündən "Gənclərbirliyi"nə qarşı forma geyinməyib.
16-cı tur çərçivəsində keçirilən qarşılaşmada qapılara 4 qol vurulub. Diniyevin komandası fasilədən sonra hesabda önə keçsə də, üstünlüyünü qoruya bilməyib. Bandırma təmsilçisinin məğlubiyyətsiz oyunlar seriyası 11-ə yüksəlib. Hesabında 32-xal olan "Bandırmaspor" 1-ci pilləyə yüksəlib.
Qeyd edək ki, bandırmalılar dekabrın 22-də "Erokspor"un qonağı olacaqlar.
Ä°dman.biz