EN

“Gürcü Arzusu” prezident kreslosunu Zurabişviliyə verməyə razı oldu

Sabah-dekabrın 16-da Salome Zurabişvilinin Gürcüstan prezidenti kimi səlahiyyətləri rəsmən başa çatır.

Musavat.com xəbər verir ki, Zurabişvili isə açıq şəkildə bəyan edib ki, oktyabrın 26-da “Gürcü Arzusu” partiyasının qələbə qazandığı parlament seçkilərinin və dekabrın 15-dəki prezident seçkisinin nəticələrini legitim hesab etmir.

Bu səbəbdən o, Prezident iqamətgahını tərk etməkdən imtina edir və özünü hələ də dövlət başçısı adlandırır.

Bu həftəsonu Zurabişvilinin xalqa müraciət edib, amma yeni heç nə deməyib.

O, yenidən özünü ölkədə yeganə qanuni şəxs adlandırıb, yenidən seçkilər təyin olunana qədər vəzifəsini və sarayını tərk etməyəcəyini bir daha bəyan edib:

“Mən heç yerə getmirəm. Mən heç kimi tərk etməyəcəyəm. İnsanlar həmişə bu barədə məndən soruşurlar. Mən burada qalacağam”.

“Gürcü Arzusu” isə partiyasının deputatları isə Zurabişviliyə prezident kreslosunu verməyə razı olublar. “Əgər altı il oturduğu kreslo onun üçün bu qədər dəyərlidirsə, biz ona onu evə aparmağa icazə verə bilərik”, - deyə, deputat Vladimir Bojadze bildirib.

“Bu madam hadisələrə adekvatlığını tamamilə itirib. O, yenidən konstitusiyanı pozmaq qərarına gəlib, bu o deməkdir ki, onu zorla saraydan çıxarmaq lazım gələcək”, - deyə, başqa bir deputat İrakli Zarkua bildirib.

Digər parlament üzvləri isə artıq zarafat etmirlər və Zurabişvilini bu gün tərk etməzsə, xüsusi təyinatlılarla hədələyiblər. Onlar söz deyiblər ki, Zurabişvili öz istəyi ilə vəzifəsini tərk etməsə, hüquq-mühafizə orqanları onu zorla prezident sarayından çıxarıb, nəzarətə götürəcəklər.

Bəllidir ki, Gürcüstan parlamentli respublikadır və buna görə də ölkədə siyasi hakimiyyət ilk növbədə ali qanunverici orqanın və onun təyin etdiyi hökumətin əlində cəmləşib. Gürcüstan prezidenti əsasən, xaricdə ölkəni təmsil edən və bəzi qanun layihələrinə veto qoymaq hüququna malik olan fiqurdur. Amma parlament üzvləri də səslərin üçdə ikisi ilə dövlət başçısını vəzifəsindən uzaqlaşdıra bilər.

Gürcüstanda dövlət başçısı beş il müddətinə seçilir. Eyni şəxs yalnız iki dəfə Gürcüstanın prezidenti seçilə bilər. Qeyd edək ki, Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili birbaşa səsvermə yolu ilə bu vəzifəyə seçilən sonuncu dövlət başçısı olub. 2018-ci ildə ölkə konstitusiyasına edilən dəyişikliklər, artıq qeyd olunduğu kimi, prezidentin seçilməsi məsuliyyətini bütün vətəndaşların deyil, seçici kollegiyasının üzərinə qoyub.

2024-cü il noyabrında "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası dekabrın 14-nə təyin edilmiş Gürcüstanda keçiriləcək prezident seçkisində Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb. O, ölkə prezidenti postuna yeganə namizəd olub.

Musavat.com

Chosen
12
musavat.com

1Sources