EN

Zelenski onunla danışıqdan imtina EDİB

“Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıq aparmaq istəyib, lakin rədd cavabı alıb”​.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

Siyartonun sözlərinə görə, hadisə dekabrın 11-də, Orbanın Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışdığı gün baş verib.

Peter Siyarto Kiyevin hərəkətlərini “diplomatiyada görünməmiş jest” adlandırıb. Macarıstan Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, o, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa və Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermakı iki ölkə liderləri arasında söhbətin mümkünlüyü barədə xəbərdar edib. Ancaq hər ikisi imtina etdi

Chosen
21
9
redaktor.az

10Sources