EN

İsrail Colan yüksəkliklərindəki yaşayış məntəqələrində demoqrafik artımı stimullaşdıracaq

İsrail Hökuməti Colan yüksəkliklərindəki yaşayış məntəqələrində demoqrafik artımı stimullaşdırmağı nəzərdə tutan planı bəyənib.

APA-nın xəbərinə görə, bu barədə Baş nazir Binyamin Netanyahunun dəftərxanası məlumat yayıb.

Bu planın reallaşdırılması üçün 40 milyon şekel (11,1 milyon dollar) vəsait ayrılacaq.

Qeyd edilib ki, Baş nazir müharibəni və Suriyaya qarşı yeni cəbhəni nəzərə alaraq Colandakı yaşayış məntəqələrində əhalinin iki dəfə artması demoqrafik artımın stimullaşdırılmasını nəzərdə tutan proqramın birinci mərhələsini bu gün hökumətin təsdiqi üçün təqdim edib. Plan Nazirlər Kabinetində yekdil şəkildə qəbul edilib.

Açıqlamada Colan yüksəkliklərindəki yaşayış məntəqələrinin möhkəmlənməsinin İsrail Dövlətinin möhkəmlənməsi demək olduğu vurğulanıb.

Chosen
39
apa.az

1Sources