EN

Çeçenistanda "insanları korlayan" salonlar bağlanacaq

Çeçenistan rəhbəri Ramzan Kadırov bölgəyə uyğun olmayan, bədən hissələrini göstərən reklamlara yol verən gözəllik salonlarının bağlanmasının vacibliyini qeyd edib.

TASS-a istinadən xəbər verilir ki, o bunu qanun pozuntusu adlandırıb.

“Salonlarda enjeksiya edirlər, sonra problemlər yaranır və insanlar xəstəxanalara düşür. Onlar fotoşəkilləri sosial şəbəkələrə yükləyirlər, burada bədənin göstərilə bilməyən hissələrini göstərirlər. Əxlaq pozanların olduğu salonlar bağlanmalıdır”, –deyə Kadırov "Telegram" kanalında bildirib.

O, müvafiq lisenziyası olmayan və qanun pozuntusu ilə fəaliyyət göstərən 50-dən çox aptekin bağlandığını da açıqlayıb.


Mənbə: unikal.az

Chosen
22
1
unikal.az

3Sources