EN

ABŞ hökuməti Nyu Cersi polisinə naməlum PUA-larla mübarizədə kömək edir

Bakı. Trend:

ABŞ federal hökuməti, Nyu-Cersi ştatının hüquq-mühafizəorqanlarına, ştatın səmasında görünən naməlum pilotsuz uçuşaparatları (PUA) ilə mübarizə aparmaqda dəstək verir.

Trend-inməlumatına görə, bu barədə ABŞ-ın Daxili Təhlükəsizlik (DHS) katibiAlejandro Mayorkas bildirib. O, ABC News-da etdiyi açıqlamadadeyib: "Federal hökumət Nyu-Cersi ştatının polisinə pilotsuztəyyarə problemini həll etmək üçün əlavə resurslar, insan gücü vətexnologiya göndərib. Bu texnologiyalar arasında dronlar da var,həmçinin bəziləri pilotsuz təyyarələrlə səhv salınan pilotlutəyyarələrdir."

Nazir əlavə edib ki, ABŞ-da hər gün minlərlə pilotsuz təyyarəburaxılır. "2023-cü ilin sentyabrında Federal AviasiyaAdministrasiyası (FAA) dronların gecə uçmasına dair qaydalarıdəyişib. Bu da insanların daha çox dron görməsinin səbəblərindənbiri ola bilər", - Mayorkas qeyd edib.

Şənbə günü isə FTB-nin sözçüsü jurnalistlərə verdiyi brifinqdəbildirib ki, Birləşmiş Ştatlar administrasiyası, Nyu-Cersi vəNyu-York səmalarında görünən pilotsuz uçuş aparatlarının mənşəyinihələ müəyyən etməyib.

Chosen
54
1
az.trend.az

2Sources