Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi olub.
Leqal.info xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə magistralının Nəsimikənd kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan iki nəqliyyat vasitələri toqquşub. Nəticədə onlardan biri idarəetməni itirərək aşıb.
Qəza nəticəsində Biləsuvar rayonun İsmətli kənd sakinləri Əfqan Qarayev və qardaşı Nadir Qarayev xəsarət alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info