EN

Qəzaya düşən ANAMA əməkdaşı dünyasını dəyişdi

Dekabrın 9-da Füzuli rayonunun Arayatlı kəndi ərazisində yol qəzasına düşən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1990-ci il təvəllüdlü Mustafa Qasımov vəfat edib. 

"Unikal"ın məlumatına görə, o, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Həmçinin Vətən müharibəsi qazisi olan M. Qasımov Füzuli rayonu Qazaxlar kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, hadisə nəticəsində eyni zamanda Agentliyin əməkdaşları 1995-ci il təvəllüdlü Qəhrəmanov Salman, 2000-ci il təvəllüdlü Bəylərzadə Ramizdə müxtəlif bədən xəsarətləri almışdı.

Xəlil Əliyev

Chosen
15
17
unikal.az

10Sources