EN

“Mal bazarı”nın sahibi qəzada öldü – FOTO

Quba rayonunun Üçgün kəndi ərazisində “Lexus” markalı avtomobilin dərəyə aşıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qəza nəticəsində 1979-cu il təvəllüdlü, Xaçmaz rayon sakini Orucov Şamil Zehyəddin oğlu ölüb.

1985-ci il təvəllüdlü Faiq Orucov, 1978-ci il təvəllüdlü Ratiq Dəmirov və 1977-ci il təvəllüdlü Ceyhun Abdullayev xəsarət alıblar.

Onlar Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib, hazırda tibbi yardım göstərilir.

Qəza nəticəsində dünyasını dəyişən “Lexus” markalı avtomobilin sürücüsü Şamil Orucov Xaçmazda yerləşən “Mal bazarı” kimi tanınan bazarın sahibidir.

Quba Mərkəzi rayon Xəstəxanasından bildirilib ki,15.12.2024-cü il tarixində saat 19:09-da Quba rayonu Üçkün kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə çağırış daxil olub.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alan ə 3 nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

1985-ci il təvəllüdlü şəxsə bədənin bir neçə nahiyələrinin yumşaq toxumalarının küt travması, 1978-ci il təvəllüdlü şəxsə boyunun və döş qəfəsinin yumşaq toxumalarının küt travması, 1977-ci il təvəllüdlü şəxsə isə göz qapağının və qaşın kəsilmiş açıq yarası diaqnozu təyin olunub.

Hazırda Təcili Tibbi Yardım bölməsində müalicələri davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, hadisə yerində 1 nəfərin ölüm faktı qeydə alınıb.

Chosen
4
2
heftelik.az

2Sources