EN

Avropa İttifaqı üç ölkənin vətəndaşlarına sanksiya tətbiq edəcək

Avropa İttifaqı Rusiya, Gürcüstan və Moldovadan olan 16 şəxsi, habelə üç təşkilatı hibrid hərəkətlərlə bağlı “qara siyahı”ya salacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Polskie Radio” ona daxil olan siyahıya istinadən məlumat yayıb.

“Qara siyahı”da xüsusi xidmət və hüquq-mühafizə orqanlarının nümayəndələri, ekspertlər və jurnalistlərin adları yer alacaq. Lakin adı sanksiyalar siyahısına düşən şəxslərin adları açıqlanmayıb.


Müəllif: Teleqraf.com
Chosen
13
1
teleqraf.com

10Sources