Bakı. Trend:
Azərbaycanda 2024-cü ilin yanvar-noyabr aylarında yeni nəsilnəzarət-kassa aparatları ilə dövriyyə 19 milyard 808 milyon manatıötüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faizçoxdur.
Trend xəbər verir ki, bu barədə Azərbaycan İqtisadiyyatNazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilir ki, 2024-cü il dekabrın 1-nə ticarət və xidmətobyektlərində 103 419 ədəd yeni nəsil nəzarət-kassa aparatıquraşdırılıb.
Qeyd edək ki, onların quraşdırılması 2019-cu ilin ikincirübündən etibarən mərhələlərlə həyata keçirilir.
2023-cü ildə yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyətəxminən 22 milyard manata (artım 14,2 faiz) çatıb.