Ucarda 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
AzEdu.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.
Nəzarətsiz qalan 2019-cu il təvəllüdlü Rüfət Dəyanət oğlu İsmayılov hovuzda boğularaq ölüb.
Fakt araşdırılır.