Mingəçevir şəhərində 1998-ci il təvəllüdlü Bəxtiyar Həsənli mübahisə zəminində qarın nahiyəsindən bıçaqlanıb.
Axar.az xəbər verir ki, ağır halda xəstəxanaya yerləşdirilən Bəxtiyar Həsənli dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən, 1990-cı il təvəllüdlü Elvin Rüstəmov isə polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.