EN

Elxan Məmmədov: “Səhvlərin bir daha baş verməməsi üçün təhlillər aparırıq”

FİFA DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkatmasında yaşanan hadisəyə münasibət bildirib.

İdman.biz xəbər verir ki, qurum Krımın Rusiya ərazisi kimi təsvir olunduğu dünya xəritəsinin nümayişi ilə bağlı şikayət edən Ukrayna Futbol Assosiasiyasından (UAF) üzr istəyib.

FİFA-nın şikayətçi tərəfə məktubu qurumun üzv assosiasiyalarla əlaqələr üzrə baş direktoru, AFFA-nın sabiq baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədovun imzası ilə göndərilib. Sənəddə yanlışlığın haradan qaynaqlandığı əksini tapıb: “Bu infoqrafik xəritə üçüncü tərəf olan xarici xidmət provayderi tərəfindən hazırlanıb. Bu problem üzə çıxdıqdan dərhal sonra vəziyyəti düzəltmək, şəklin dövriyyədən çıxması üçün lazım olan addımlar atdıq. Gələcəkdə belə səhvlərin bir daha baş verməməsi üçün təhlillər aparırıq. Belə məsələnin həssaslığını bilirik və hadisənin bilərəkdən baş verməməsinə baxmayaraq, vura biləcəyi mənəvi zərərə görə səmimi qəlbdən təəssüflənirik".

Qeyd edək ki, Ukrayna püşkatmada Azərbaycan, İslandiya və Fransa – Xorvatiya cütünün qalibi ilə eyni qrupa düşüb.

İdman.biz

Chosen
26
idman.biz

1Sources