EN

İlon Mask ABŞ-nin maliyyə böhranı ilə üzləşəcəyini xəbərdar edib- ÖZƏL

Olaylar.az xəbər verir ki, İlon Mask, ABŞ-nin ciddi maliyyə böhranı ilə üzləşə biləcəyini bildirib. O, büdcə defisitinin azaldılması üçün təcili tədbirlər görülməzsə, ölkənin çox böyük maliyyə problemləri ilə qarşılaşacağını vurğulayıb. Maskın sözlərinə görə, ABŞ-nin vəziyyəti, çox borca batmış bir insanın vəziyyətinə bənzəyir. Mask bu fikirləri sosial şəbəkələrdə yayımlayıb və ölkənin maliyyə durumunun təhlükə altında olduğunu qeyd edib.

Eyni zamanda, Maskın karyerasında yeni bir dönüş gözlənilir. Məlumatlara görə, Mask və məşhur iş adamı, siyasətçi Vivek Ramasvami, ABŞ-nin seçilmiş prezidenti Donald Trampın administrasiyasına qoşulacaq və yeni bir idarəçiliyi başçılıq edəcəklər. Bu yeni strukturun məqsədi, dövlət işlərini daha səmərəli idarə etmək olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
14
olaylar.az

1Sources