EN

Qırğızstan Prezidenti Baş naziri vəzifəsindən azad etdi

Qırğızıstan Prezidenti Sadır Japarov Akılbek Japarovun respublikanın Nazirlər Kabinetinin rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.



Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının Mətbuat Xidmətindən məlumat verilib. “Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Akılbek Japarovun Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri, Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb”, - mətbuat xidmətinin nümayəndəsi bildirib. Baş nazirin birinci müavini Adılbek Kasıməliyev Nazirlər Kabinetinin rəhbəri vəzifəsinin müvəqqəti icraçısı təyin edilib. Qanunvericiliyə uyğun olaraq, respublikanın Nazirlər Kabineti  fəaliyyətini davam etdirəcək.

Akılbek Japarov 2021-ci ilin oktyabrından Qırğızıstan hökumətinə rəhbərlik edib. Üç il ərzində respublikanın ÜDM-i təxminən iki dəfə artmışdır. Baş nazir Japarovun dövründə ölkədə bir sıra iri iqtisadi layihələr həyata keçirilib. O cümlədən, Özbəkistan tərəfinin dəstəyi ilə minik və yük avtomobillərinin yığılması zavodu açılıb.

Chosen
21
16
manset.az

10Sources