EN

“Çido” qasırğası nəticəsində Mayotda çox sayda şəxsin öldüyü ehtimal edilir

Bakı, 16 dekabr, AZƏRTAC

“Çido” qasırğası nəticəsində Fransanın Mayot departamentində minlərlə şəxsin öldüyü ehtimal edilir.

AZƏRTAC xəbər verir ki, Fransanın Daxili İşlər Nazirliyinin məlumatına görə, dəqiq statistika gələn həftə məlum olacaq.

Qeyd edək ki, Parisdən 8 min kilometr məsafədə yerləşən Mayot Fransanın ən kasıb regionlarındandır. 374 kvadratkilometr ərazisi olan adada 310 mindən çox insan yaşayır. Departamentdə qanunsuz məskunlaşan miqrantların sayı isə 100 min nəfərdən çoxdur. Əhalinin 77 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Departament əhalisinin təxminən cəmi 30 faizinin daimi işi var. Sosial problemlərin çoxluğu son 10 ildə bu adada cinayətkarlığın da artmasına səbəb olub.

 

Chosen
37
azertag.az

1Sources