EN

Qırğızıstanın Baş naziri istefaya göndərildi

Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov vəzifəsindən azad edilib.

Azreform.info “Report”a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncamı Qırğızıstan Prezidenti Sadır Japarov imzalayıb.

“Qırğız Respublikasının Prezidenti Sadır Japarov Akılbek Japarovun Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri, Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb”, - Prezidentin mətbuat xidməti bildirib.

Chosen
23
10
azreform.info

10Sources