EN

Sabah Yer kürəsini maqnit qasırğası vuracaq

Dekabrın 17-də Yer kürəsini G1 sinfinə aid maqnit qasırğası vuracaq.

AzEdu.az KP.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Günəş Astronomiyası və Heliofiziki Alətlər Laboratoriyasından (Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu) məlumat verilib.

Alimlərin məlumatına görə, maqnitosfer Bakı vaxtı ilə saat 14:00-da kəskin şəkildə dəyişməyə başlayacaq. Maqnit qasırğası məhz bu zaman pik nöqtəsinə çatacaq, Bakı vaxtı ilə saat 19:00-da isə qasırğa sakitləşməyə başlayacaq.

Qeyd edək ki, maqnit qasırğası hipertoniya xəstələri, eləcə də insult və ya infarkt keçirənlər üçün xüsusilə çətin olur. Belə ki, maqnit fırtınaları aritmiya və ürək ağrılarına səbəb ola bilər.

Chosen
30
5
azedu.az

6Sources