Vətəninfo.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriya ilə bağlı önəmli açıqlamalar verib. Hakan Fidan jurnalistlərə bildirib:
“Biz Suriyada demokratik sivil hökumət qurilması üçün dəstək verəcəyik;
– Türkiyə Suriyada İranı əvəz etməyəcək;
– Ankara Vaşinqtonla Suriyadakı yeni güc arasında vasitəçilik etməyə hazırdır;
– Suriyada yeni hökumətin Əsədin hərəkətlərini təkrarlamasını istəmirik;
– Suriyaya gəlincə, biz Səudiyyə Ərəbistanı ilə ən yüksək səviyyədə koordinasiya edirik”.