EN

Suriyada məktəb zəngi yenidən çalındı

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra məktəblər yenidən fəaliyyətə başlayıb.
 
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bir çox şagird təhsilinə davam etməyə başlasa da, bəzi valideynlər vəziyyətin qeyri-müəyyənliyinə görə övladlarını məktəbə göndərməyiblər.
 
Dəməşqdəki oğlan liseyində ilk dərs günündən fotolar da yayılıb. Görüntülərdə liseyin həyətində gözləyən şagirdlərin yeni dəyişdirilən dövlət bayrağı binadan asılarkən alqışladıqlarını görmək olur.
 
Chosen
1
4
moderator.az

5Sources