EN

İsrail Suriyada bir neçə şəhərdə hərbi obyektlərə zərbələr endirib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Suriyanın Tartus, Həma və Homs əyalətlərindəki hərbi obyektlərə hücum edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Al Manar" telekanalı məlumat yayıb.
Bildirilib ki, İsrail təyyarələri Suriya ordusunun Tartus şəhərində (Dəməşqdən 220 km) yerləşən sursat anbarlarına güclü raket zərbələri endirib. Şahidlər bombardman edilən ərazilərdə güclü partlayışların baş verdiyini xəbər veriblər.
Ölənlər və yaralananlar barədə məlumat yoxdur.
Chosen
8
oxu.az

1Sources