EN

Almaniyada siyasi böhran: Bundestaq Şolts hökumətinin taleyini həll edəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Almaniya Parlamenti bazar ertəsi Kansler Olaf Şoltsun hökumətinə etimad məsələsinə səs verəcək.
Bu barədə Oxu.Az "İnterfaks"a istinadən xəbər verir.
Bildirilir ki, səsvermədən əvvəl Şolts parlamentdən hökumətinə etimad məsələsinə səs verməyi xahiş etməsinin səbəblərini göstərəcəyi nitqlə çıxış edəcək. Bundan sonra təxminən iki saat davam edəcəyi gözlənilən müzakirələr başlayacaq. Müzakirələr başa çatdıqdan sonra səsvermə keçiriləcək.
Qeyd edilir ki, kanslerin bu səsvermədə məğlub olacağı gözlənilir, çünki onun rəhbərlik etdiyi Almaniya Sosial Demokrat Partiyası (ASDP) Bundestaqda 207, koalisiyada qalan "Birlik 90/Yaşıllar" partiyası isə 117 yerə malikdir. Bundestaqda cəmi 733 yer var.
Qərb mediası qeyd edir ki, Şoltsun özü məğlubiyyətə ümid edir, çünki bu, növbədənkənar seçkinin keçirilməsinə imkan verəcək.
Əgər Şolts parlamentin etimadını qazana bilməsə, Bundestaqın buraxılması barədə qərarı AFR Prezidenti Frank-Valter Ştaynmayer qəbul edəcək. Səsvermədən sonra onun qərar qəbul etmək üçün 21 gün vaxtı olacaq.
Parlament buraxılarsa, seçki buraxılma tarixindən 60 gün ərzində keçirilməlidir.
Chosen
21
oxu.az

1Sources