EN

Ağadadaş Ağayev mühafizəçinin həbsini tələb etdi

Xalq artisti Ağadadaş Ağayevin balta atdığı “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun məhkəməsi başlayıb.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən ilk iclasda tərəflərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Bu işdə Ağadadaş Ağayev zərərçəkmişdir. Bu gün onun vəkili Asim Abbasov vəsatət qaldıraraq sərbəst mühakimə edilən N.Cəlilovun həbs edilməsini istəyib.

Vəkil vəsatətini belə əsaslandırıb ki, Cəlilov şahidlərlə eyni müəssisədə işləyir, onlara təsir edə bilər.

Amma hakim Elçin Ağayev vəsatəti təmin etməyib. Qərara alınıb ki, müttəhim mühafizəçi də məhkəməyə evindən gəlib-getsin.

Baxış iclası dekabrın 25-i keçiriləcək.

Qeyd edək ki, insidentə görə cinayət işləri ayrı-ayrılıqda icraata götürülüb. Digər işdə Ağadadaş Ağayev müttəhimdir. Onlar ikisi də Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham edilir. Bu maddənin sanksiya həddində 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Chosen
11
11
yenicag.az

10Sources