EN

ABŞ Tayvanı Çinə qarşı silahlandırır: 38 "Abrams" super tankları Sinçjuda

ABŞ-dan Tayvana satılmış M1A2T Abrams tanklarının ilk partiyası artıq Tayvan ərazisinə çatdırılıb.

Musavat.com Taiwan News-a istinadən xəbər verir ki, tankların 38 ədədlik ilk partiyası Sinçju şəhəri yaxınlığındakı hərbi təlim bazasına təhvil verilib. Tanklar daşıyan yük gəmisi bazar günü Taybey limanına daxil olub.

Qərb mediası xatırladır ki, Tayvan 2019-cu ildə ABŞ-dan ümumilikdə 108 ədəd Abrams tankı sifariş edib. Bu müqavilənin ümumi dəyəri 1,2 milyard dolları ötür. Qalan 70 tankın isə 2025-2026-cı illərdə Tayvana çatdırılması gözlənilir.

Bu tank tədarükü Tayvanın hərbi müdafiə qabiliyyətini gücləndirməklə yanaşı, bölgədə ABŞ və Çin arasındakı onsuz da gərgin olan münasibətlərə yeni bir gərginlik qatır. Çin hökuməti Tayvanı öz ərazisi hesab edir və ABŞ-ın adanı hərbi cəhətdən dəstəkləməsini öz milli maraqlarına və suverenliyinə birbaşa təhdid kimi qiymətləndirir.

Analitiklər bildirirlər ki, ABŞ-ın Tayvana yüksək texnologiyalı hərbi texnika satışı Çinin maraqlarına toxunan həssas bir məsələdir. Çinin bu addımlara sərt reaksiya verməsi istisna edilmir.

ABŞ-ın Tayvanı Çinə qarşı silahlandırması, bölgədə strateji balansı dəyişdirə biləcək mühüm bir amil kimi qəbul edilir. Təhlükəsizlik ekspertləri hesab edir ki, Tayvanın bu tankları əldə etməsi Çinə qarşı potensial müdafiə gücünü artırır və ABŞ-ın Pekinə qarşı dəstəyini daha açıq şəkildə göstərir.



Musavat.com

Chosen
12
1
musavat.com

7Sources