EN

Azad edilmiş ərazilərdə yolların çəkilişi ilə bağlı həyata keçirilən layihələrin sayı açıqlanıb

2021-ci ildən bugünədək ölkə üzrə 2700 km-dən çox avtomobil yolları yenidən qurulmuş və təmir olunub.

APA-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.

“Bunun yarısından çoxu - 1430 km yerli əhəmiyyətli yollardır. Bununla yanaşı işğaldan azad edilmiş ərazilərdə uzunluğu 3200 km təşkil edən 45 layihə icra edilir. O cümlədən yerli əhəmiyyətli 1275 km yol tikilir ”, - Baş nazir qeyd edib.

Chosen
17
2
apa.az

5Sources