EN

Hərbi xidmətə çağırışla bağlı YENİLİKLƏR – “Ödənişli əsgərlik” də reallığa ÇEVRİLİR?

Xəbər verdiyimiz kimi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində ötən həfdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirə edilib. Layihəyə əsasən, qüvvədə olan qanuna bir sıra mühüm dəyişikliklər təklif edilir.

Hansı yeniliklər olacaq?

Yeni qanun layihəsinə əsasən dinc dövrdə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar dinc dövrdə həqiqi hərbi xidmətdən azad olunurlar.
 

MÖVZU İLƏ BAĞLI:

Hərbi xidmət müddəti azaldıla bilər? - RƏSMİ AÇIQLAMA


Layihəyə əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış çağırışçılar,ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş çağırışçılar və Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmiş şəxslər həqiqi hərbi xidmətdən azad olunurlar.

Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsi qaydası da dəyişir. Layihəyə əsasən, sağlamlıq vəziyyətinə görə 1 il müddətinədək möhlət verilmiş çağırışçılar möhlət müddəti bitdikdən sonra, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar isə 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçiriləcəklər.

Bundan əlavə, bakalavriatda və magistraturada təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsində yaş məhdudiyyəti olacaq.

Belə ki, ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara, peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara, orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara, əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək, doktoranturaya (adyunkturaya) qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara müvafiq təhsilini bitirənədək möhlət hüququ veriləcək.

Başqa bir maraqlı məqam ehtiyata keçirilən şəxslərin hərbi qeydiyyat qaydası ilə bağlıdır. Beləki, ehtiyataa keçirilənlər üçün də yuxarı yaş həddi 35 yaşdan 30 yaşa endirilir.

Bəs, bu dəyişikliyi zəruri edən səbəslər hansılardır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan REAL Partiyasının sədri Natiq Cəfərli bildirib ki, təklif edilən dəyişiklər təqdirəlayiqdir:

“Bu dəyişikliklərinsə obyektiv səbəbləri var. Çünki Azərbaycan yarı-peşəkar, Türkiyə ordu modelinə keçir. Əldə etdiyimiz məlumata görə proses bitmək üzrədir.  Üstəlik, ərazi bütövlüyümüz də tam bərpa edilib, daha çoxsaylı orduya ehtiyac yoxdur. Dron və yeni silahlar çağırışçı əsgər sayının azaldılmasına xidmət edir. Nəzərə alaq ki, Ermənistanla sülh müqaviləsi qapıdadır. Azərbaycan hökuməti qanunvericiliyə etdiyi bu dəyişikliklərlə dünyaya özünün sülhsevər olduğunu bir daha göstərir”.

Müsahibimiz hesab edir ki, yaxın gələcəkdə "ödənişli əsgərlik" məsələsi də gündəmə gələcək:
 

“Bundan əlavə, Azərbaycanın Türkiyə ilə imzaladığı sazişlər bu cür addımları zəruri edir. Məlum olduğu kimi qardaş Türkiyə ilə imzalanmış "Şuşa Bəyannaməsi" NATO-nun 5-ci maddəsi ilə eynilik təşkil edir. Hətta, ondan da güclüdür. Qeyd edək ki, NATO-nun 5-ci maddəsində deyilir ki, üzv ölkələrə hücum olsa, birgə qorunmaq və cavab üçün müzakirələr başlayır (qərar dərhal verilmir).


“Şuşa Bəyannaməsi”nə görə isə Türkiyəyə hücum olsa, Azərbaycan, Azərbaycana təhlükə olsa, Türkiyə dərhal müdafiə üçün hərəkətə keçir. Bu sənəd də əsgər sayının azalmasına xidmət edir. Ona görə də digər dəyişikliklərlə yanaşı çağırış yaşının 35-dən 30 yaşa endirilməsi təklifi yaxşı xəbərdir”.

Surxay Atakişiyev, Bizim.Media

Chosen
22
1
bizim.media

2Sources