EN

Regionların inkişafı üçün 5 illik yeni proqram hazırlanır

Regionların sosial-iqtisadi inkişafına dair 5 illik proqram hazırlanması planlaşdırılır. Bunu ölkənin baş naziri Əli Əsədov dekabrın 16-da Milli Məclisdə çıxışı zamanı deyib.  
 
"Regionların sosial-iqtisadi inkişafına dair 5 illik proqram hazırlanması planlaşdırılır. Bura sahibkarlığın inkişafının dəstəklənməsi, məşğulluğun artırılması, turizm potensialı və.s məsələlər daxildir", - baş nazir bildirib. 
 
Əsədov həmçinin vurğulayıb ki, növbəti il üçün ərzaq təhlükəsizliyi üçün idxalın əvəzləşdirilməsi əsas hədəflərdən olacaq və bunun üçün böyük həcmdə vəsait nəzərdə tutulub. 
 
Bundan əvvəl Milli Məclisin deputatları çıxışlarında regionlarda yeni iş yerlərinin açılmasının vacib olduğunu açıqlayıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Chosen
20
anews.az

1Sources