EN

İranın Dəməşqdəki səfirliyi tezliklə fəaliyyətə başlayacaq

İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri ölkəsinin Dəməşqdəki səfirliyinin tezliklə yenidən fəaliyyətə başlayacağını bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İran dövlət televiziyasına danışan Əkbəri İranın Dəməşqdəki səfirinin son durumu ilə bağlı məlumat verib.

Ekberi deyib: "Hər hansı problem yaşanmaması üçün Dəməşq səfirliyindəki əməkdaşlarımızı bir-iki günə Beyruta göndərdik. Şamdakı səfirliyimiz tezliklə fəaliyyətə başlayacaq".

Bildirilib ki, Suriyada Əsəd rejiminin süqutundan sonra İranın Dəməşqdəki səfirliyi fəaliyyətini dayandırıb və əməkdaşları ölkəni tərk ediblər.

Chosen
51
3
sia.az

10Sources