EN

HTS lideri İsrail, İran və Rusiyadan danışdı, açıq mesajlar verdi: "İranın buradan ayağını kəsdik, ancaq..."

Suriyada Əsəd dövrünü bitirən "Heyət Təhrir əl-Şam" (HTŞ)  lideri Əhməd əl-Şara (Əbu Məhəmməd əl-Colani) ilk televiziya müsahibəsində mühüm mesajlar verib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyədən yayımlanan "Suriya TV"yə müsahibəsində o,  Suriya Müdafiə Nazirliyinin bütün silahlı qrupları ləğv edəcəyini və silahların dövlətinin nəzarətinə veriləcəyini deyib.

Şara bildirib ki, hazırda ölkə dağınıq vəziyyətdədir: "Suriyanı idarə etmək üçün inqilabçı zehniyyətdən dövlətçi zehniyyətə keçmək lazımdır. Suriyanın yaşadığı faciələr artıq arxada qalmalıdır. Bunun üçün çox diqqətlə hazırlanmış planlar gərəkdir. Bunun üçün yerlərdəki vəziyyətlə bağlı faktiki məlumatları toplayır, təhlil edirik. Bunun əsasında yol xəritəsi haızrlanacaq. Bir sözlə, daimi sabitlik üçün ölkədə qanun və qurumlara söykənən dövlət və onun qollarını əhaət edəcək işlək mexanizm qurulacaq. Suriyanın gələcəyi idarəçilik və ədalətin təməllərinin bərqərar olmasından asılıdır. Bəşər Əsəd dövründəki səhvlərə əsla yol verilməməlidir"

Daha sonra ölkədə İran, İsrail və Rusiyanın fəaliyyəti ilə bağlı sualları cavablandıran HTŞ lideri bildirib ki, Rusiya Hərbi Hava Qüvvələri Əsəd rejimi dövründə daha çox mülki hədəfləri vurub deyə Qəzzada baş verənlərin Suriyanın şimalında da təkrarlanacağına dair qorxular var: "Bu, əlbəttə, humanitar problemləri artır. Ancaq biz Rusiya ilə savaşmaq istəmiirk, onunla işgüzar münasibətlərdə maraqlıyıq və bunun üçün çalışacaq". 

İsrailin Suriyaya artan hücumları və qolan tıpələrini və bəzi bölgələri işöal etməsi barədə danışan HTŞ lideri bildirib ki, bəlkə də Əsədin devrilməsinə qədər İsrailin arqumentləri əsassız olmayıb: "Ancaq onundevrilməsindən sonrakı davranışlar isə bu hücuma haqq qazandıra bilməz. İsrail Suriyada sərhədləri aşaraq bölgədə gərginliyi artırıb. Suriyanın illərdir davam edən qarşıdurmalardan tükəndiyini zənn edib, bizi daha çox dağıntıya səbəb ola biləcək münaqişələrə cəlb etmək uğurlu yol deyil. Biz sabitliyin təmin edilməsini və hər dövlətin süverenliyinə hörməti istəyirik. Ona görə Suriyanın suverenliyinə hörmət edilməsi vacibdir. Beynəlxalq ictimaiyyət İsrailin yeni gərginlik yaratmasına qarşı durmalıdır. Hər cür təhlükəsizliyin və sabitliyin təmin edilməsinin yeganə yolu diplomatiyadan keçir. Biz bütün tərəflərlə dialoqa hazırıq".

İranın bölgədə ekspansionist bir layihə həyata keçirdiyini və bunun qonşu, o cümlədən Körfəz ölkələri üçün təhlükə yaratdığını xatırladan HTŞ liderinin sözlərinə görə, İranın Suriyadakı varlığına son qoyulub: "Biz İranın buradalı varlığına son qoymağı bacardıq. Bununla belə, İran xalqına düşmənçilik bəsləmirik. Bizim problemimiz ölkəmizə zərər verən siyasətlərlə bağlıdır”.

Əsədin Suriyanı şəxsi təsərrüfatı kimi idarə etdiyini deyən Şəra onun hökumətində olan şxəslərin xalq və dövlətdən oğurludıqları sərvətlə bağlı araşdırma aparıldığını da dilə gətirib: "Biz bu araşdırmanının yekununu sənəd şəkilində yayacağıq".

Firudin Səfərli
MİA.AZ

Chosen
32
1
mia.az

2Sources