EN

"Bank BTB" son 3 ili ziyanla başa vurur, mənfəətə çıxa bilmir

"Bank BTB" bu ilin 9 ayını 493 min manat ziyanla başa vurub. 

Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bank bu il mənfəətə çıxa bilməyib.

Bankın faiz gəlirlərinin həcmi 23 milyon 288 min manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 845 min manat və ya 3,7% çoxdur.
 
“Bank BTB”nin qeyri-faiz gəlirlərinin həcmi 4 milyon 269 min manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24% və ya 827 min manat çoxdur. 

Bankın faiz xərclərinin həcmi 14 milyon 174 min manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,6 % və ya 90 min manat azdır. Bu ilin hesabat dövründə bankın qeyri faiz xərclərinin həcmi 9 milyon 548 min manat təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,2% və ya 323 min manat azdır.  

2023-cü ilin 9 ayını "Bank BTB" 987 min manat zərərlə başa vurub. 

2023-cü ilin 9 ayını bank 22 milyon 443 min manat faiz gəliri əldə edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13% və ya 2 milyon 582 min manat çoxdur. 

Bank 2022-ci ilin 9 ayında 19 milyon 861 min manat faiz gəliri əldə edib.  

“Bank BTB”nin qeyri-faiz gəlirlərinin dəyəri 3 milyon 442 min manat təşkil edib ki, bu da 2022-cü ilin eyni dövrü ilə müqayisədə 11,5% və ya 448 min manat azdır. 

2022-ci ilin 9 ayında bankın qeyri-faiz gəlirlərinin dəyəri 3 milyon 890 min manat olub.

2023-cü ilin hesabat dövründə bankın faiz xərclərinin həcmi 14 milyon 84 min manat olub ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,4% və ya 1 milyon 774 min manat çoxdur. 

2022-ci ildə bankın faiz xərclərinin həcmi 12  milyon 310 min manat olub.

Bu ilin hesabat dövründə bankın qeyri-faiz xərclərinin həcmi 9 milyon 871 min manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,1% və ya 990 min manat azdır. 

2022-ci ildə bankın qeyri-faiz xərclərinin həcmi 10 milyon 861 min manat olub.

2022-ci ili bank 5 milyon 714 min manat ziyanla başa vurub.

Nara

Chosen
50
3
valyuta.az

4Sources