EN

Rusiya gəmiləri çıxan kimi İsrail Suriyanı elə vurdu ki... - 3 ballıq zəlzələ yaradıblar (FOTO)

51 ildən sonra Suriya ərazisini yenidən işğal etməyə başlayan İsrail bu ölkəyə hücumlarını davam etdirir. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən gecə İsrail döyüş təyyarələri Latakiya və Tartusda bir çox hərbi məntəqələrə şiddətli zərbələr endirib.

Məlumata görə, Rusiya hərbi gəmilərinin sonuncu dünən Tartus hava limanını tərk edəndən az sonra İsrail bu bölgəyə çox ağır zərbələr vurmağa başlayıb: "Hücumların şiddəti o qədər ağır olub ki, bölgədə 3,0 bal gücündə zəlzələ qeydə alınıb".

İsrail rəsmiləri təsdiqləyib ki, İsrail qüvvələri Qolan təpələrində bufer zonanı keçərək 1973-cü ildən sonra ilk dəfə Suriya ərazisinə daxil olub: "Əsəddən sonrakı Suriyada indiyədək yüzlərlə hərbi hədəflər məhv edilib. Ötən gecə isə hava hücumları ilə ölkənin qərbindəki Latakiya və Tartus əyalətlərində bir çox hərbi starteji nöqtələr - hərbi qərargahlar, silah-sursat anbarları, 32-ci Hava Hücumundan Müdafiə Alayı, 107-ci Hərbi Qərargahı, Xraysun, Harab, Miserhin və Ballutiyye kəndlərindəki hərbi radar qurğuları yox edilib"

Zülfiyyə Mustafayeva

MİA.AZ

Chosen
28
50
mia.az

10Sources