EN

Göyərtəsində azərbaycanlıların olduğu gəmi fəlakət siqnalı VERDİ

Göyərtəsində türkiyəli və azərbaycanlı şəxslər olan gəmi Kerç boğazında fəlakət siqanlı verib.

Viral.az xəbər verir ki, bu barədə məlumatı TASS-a Rusiya Dənizçilərin Həmkarlar İttifaqı bildirib.

Məlumatda bildirilib ki, türkiyəli iş adamına məxsus və Sierra-Leone bayrağı altında üzən “Lady Fortune” adlı gəmidə 13 nəfər var. Onlardan biri Türkiyə, digərləri Azərbaycan vətəndaşlarıdır:

Son Yazılar:

“Onlar bir neçə gün əvvəl Kerçdən çıxıblar, Türkiyəyə getməli idilər. Hazırda Kerç boğazındadırlar və fəlakət siqnalı veriblər. Lakin bu, qeyri-sabit hava şəraiti ilə bağlı deyil. Gəmi heyətinin qida və su ehtiyatı tükənib. Onlar Dənizçilərin Beynəlxalq Həmkarlar İttifaqı ilə əlaqə saxlaya bilmədiklərindən, Rusiyanın ittifaqına müraciət ediblər”.

Həmçinin qeyd olunub ki, ekipaj Temryuk limanının kapitanına müraciət edərək limana daxil olmağa icazə və yaranmış vəziyyətdə kömək istəyib.

Chosen
52
8
viral.az

9Sources