EN

Aİ Gürcüstana sanksiya tətbiqinə hazırlaşır

Avropa İttifaqının Xarici Əlaqələr Şurası Gürcüstana qarşı sanksiyaların tətbiqi və vizasız rejimə məhdudiyyətlərin tətbiqini müzakirə edəcək. 

“Cebheinfo.az”-ın məlumatına görə, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas bu barədə açıqlama verib.

“Əlbəttə, hazırda Gürcüstanda müşahidə etdiyimiz bütün hadisələr Aİ-yə namizəd ölkənin fəaliyyət göstərməli olduğu istiqamətdə getmir. Ona görə də biz müxalifətə qarşı repressiyaların və müxtəlif təzyiq alətlərindən istifadənin Gürcüstan hökuməti üçün hansı nəticələr doğuracağını müzakirə etməyə hazırlaşırıq. Məsələlərdən biri təbii ki, sanksiyalara, digəri isə vizasız rejimə qoyulan məhdudiyyətlərə aiddir”.

Qeyd edək ki, Aİ-nın diplomatik pasport sahibləri üçün vizasız gediş-gəlişi ləğv edə biləcəyinə dair məlumatlar yayılıb. 

Kaja Kallas artıq konkret sanksiya siyahısının təklif olunduğunu bildirib. Lakin müzakirələr davam edir və bütün ölkələrin razılığı lazımdır. Macarıstan fərdi sanksiyaları dəstəkləməyəcəyini bildirib. Eyni zamanda, vizasız rejimin ləğvi üçün Aİ-nin bütün ölkələrinin razılığı tələb olunmur.

Kallas “Gürcü arzusu” tərəfindən keçirilmiş və Mixail Kavelaşvilinin qalib gəldiyi prezident seçkiləri ilə bağlı sualı da cavablandırıb. 

Artıq bəzi avropalı siyasətçilər Gürcüstanın yeganə legitim prezidentinin Salome Zurabişvili olduğunu bəyan ediblər.

“Prezident seçkilərinə gəlincə, prezident (Zurabişvili) dekabrın 29-na qədər hakimiyyətdə olacaq və bu müddət ərzində çox şey baş verə bilər”, - Avropa İttifaqının Ali nümayəndəsi belə deyib.

Chosen
31
cebheinfo.az

1Sources