EN

Qarabağı könüllü tərk edən ermənilərdən həyasızlıq:  "Təzminat" tələb edirlər 

Ötən ay Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmond Marukyan sensasiyalı bir açıqlama verdi. Bildirdi ki, adının açıqlanmasını istəməyən bir Azərbaycan rəsmisi rəsmi Bakı Azərbaycanın 30 ilə yaxın işğal altında saxlanılmış 7 rayonuna görə Ermənistandan 1 trilyon dollar təzminat tələb etmək niyyətindədir. Marukyan onu da vurğulamışdı ki, Azərbaycan həmçinin həmin rayonların enerji resurslarının istifadəsinə görə də Ermənistandan kompensasiya almaq istəyir. Düzdür, məlum məsələ ilə bağlı bağlı Bakının rəsmi mövqeyi hələ açıqlanmasa da, artıq ermənilərin “kürkünə birə düşüb”.


Adalet.az xəbər verir ki, ermənilər “şələ məni basınca, mən şələni basım” atalar sözünə istinad edərək “ciddi addımlar” atmağa qərar veriblər. Beləki, ötən gün - 15 dekabr “Armenia Marriott” mehmanxanasında “Ədalət sözü” partiyasının sədri Albert Movsesyan və partiyanın rəhbərliyi, eləcə də işçi qrupunun üzvləri ilə Qarabağı könüllü tərk edən ermənilərin (təxminən 1700 nəfər) görüşü keçirilib.
Avropa İnsan Hüquqları Məhkəməsinə iddia hazırlamaq üçün Qarabağı tərk edən ermənilərin daşınar və daşınmaz əmlakının mövcudluğunu təsdiq edən ərizə və sənədləri toplanır.
Erməni mediası yazır ki, dəymiş ziyanın ödənilməsini Azərbaycan dövlətindən tələb etmək üçün artıq addımlar atılıb:” Qeyd edək ki, birinci mərhələdə 1500-ə yaxın erməninin müraciəti toplanıb. İclasda iştirak edənlərə iki ay ərzində görülmüş işlər və gələcək planlar barədə məlumat verilib. Görüş zamanı “Ədalət sözü” partiyasının rəhbər orqanının üzvləri xatırladıb ki, bir qrup hüquqşünas könüllülük əsasında “Ədalət sözü”” partiyasının dəstəyi ilə Qarabağı tərk edən ermənilərə qarşı Avropa İnsan Haqları Məhkəməsinə iddia hazırlayır”.

Qeyd edək ki, Azərbaycan Prezidenti Prezident İlham Əliyev 2022-ci ildə , çıxışlarının birində demişdi ki, təzminat məsələsi var. Biz təzminat tələb edirik. Bu məsələni beynəlxalq arenada qaldırmaqda bizə kömək etmək üçün artıq beynəlxalq təsisatları, hüquqşünas qrupları cəlb etmişik. Beləliklə, planlar bundan ibarətdir. Düşünürəm ki, gələn ilin proqramı üçün biz əməkdaşlığımızı yaranmış bu mühüm reallığa uyğunlaşdırmalıyıq".

 Əntiqə Rəşid

Chosen
34
adalet.az

1Sources