EN

Çinin elektron müharibə (EW) bölməsi ABŞ-ın vurulacaq hədəflərinin siyahısını tərtib edib

Çin Xalq Azadlıq Ordusunun (PLA) elektron müharibə (EW) bölməsi ABŞ-ın təyyarədaşıyan zərbə qruplarına potensial hücum üçün hədəflərin siyahısını tərtib edib.

Editor.az xəbər verir ki, bu barədə“South China Morning Post” yazır. Nəşrin məlumatına görə, münaqişə baş verəcəyi təqdirdə, Çinin elektron müharibə silahları böyük ehtimalla ABŞ hərbi radarlarına, sensorlarına və rabitə sistemlərinə qarşı yönələcək.

Amerika təyyarədaşıyıcıları haqqında məlumat yeni elektron əks-tədbir texnologiyalarının inkişafı üçün əsas ola bilər, – müharibə eksperti Mo Tszian bildirib. O, məruzəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin hava hücumundan müdafiə və aviadaşıyıcı donanmasının erkən xəbərdarlıq sisteminin əsas komponenti olan kooperativ qarşılıqlı əlaqə sistemini ətraflı təhlil edib.

Belə bir sistem gəminin öz sensorları onların yaxınlaşmasını aşkar etməsə belə, hədəfləri tutmaq üçün gəmi-hava raketlərinin buraxılmasına imkan verir.
Qeyd edək ki, oktyabrın sonunda “The New York Times” ABŞ ordusunun Çinlə potensial müharibəyə hazırlaşdığını yazmışdı. Qəzetin müsahibə verdiyi ekspertlər hesab edir ki, Çin yaxın illərdə Tayvanı işğal edib ələ keçirməyə cəhd edə bilər ki, bu da ABŞ-la qarşıdurmaya səbəb olacaq. Bu fonda ABŞ ordusu bölgəyə qoşun yeridir və müttəfiqlərlə birgə təlimlər keçirir.

//Samir Qurbanov, Editor.az

Chosen
11
50
editor.az

10Sources